Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondunun nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva Özbəkistan nümayəndə heyətinə qurumun əsas fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyəti institutlarına göstərilən dəstək mexanizmləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Agentliyin fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib. Görüşün sonunda nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.