BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
Bakı, 29 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Namangan Dövlət Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin rektoru Oybek Ergashev imzalayıblar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültələrdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur.
Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:09]
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
- 29.10.2026 [13:07]
Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri
- 29.10.2026 [12:27]
Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb
- 28.10.2026 [18:43]