Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib
Paris, 29 oktyabr, AZƏRTAC
Fransanın Strasburq şəhərində ictimai nəqliyyat şəbəkəsini idarə edən Strasburq Nəqliyyat Şirkəti (CTS) təxminən 230 min müştəri hesabına aid məlumatların qanunsuz əldə edildiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Ici Alsace” nəşrinin məlumatına görə, şirkət yaydığı açıqlamada insidentin internet saytından qanunsuz istifadə nəticəsində baş verdiyini bildirib.
Sızdırılan məlumatlara müştərilərin doğum tarixləri, ünvanları və identifikasiya məlumatları daxildir. Şirkətin bildirdiyinə görə, bank məlumatları və şifrələr insidentdən təsirlənməyib.
CTS hadisə aşkar edilən kimi məlumatların çıxarılmasını dayandırdığını və internet saytının təhlükəsizliyini gücləndirdiyini bildirib. Məlumatları riskə məruz qalan müştərilərə elektron poçt vasitəsilə xəbərdarlıq göndərilib və onlardan diqqətli olmaları istənilib.
Şirkət şəxsi məlumatların qorunmasına nəzarət edən Fransanın Milli İnformatika və Azadlıqlar Komissiyasına (CNIL) hadisə barədə məlumat verib. “Ici Alsace” nəşrinin məlumatına görə, Strasburq məhkəməsinə də şikayət təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [14:32]
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
- 29.10.2026 [14:30]
Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək
- 29.10.2026 [14:26]
Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb
- 29.10.2026 [14:18]
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
- 29.10.2026 [14:17]
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
- 29.10.2026 [13:31]
“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb
- 29.10.2026 [13:18]