İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub
Bakı, 29 oktyabr, AZƏRTAC
Bu il yanvarın 1-dən oktyabrın 15-dək sərnişin qatarlarında 800-dən çox əşya unudulub. Bu, orta hesabla ayda 80-90 əşyanın qatarlarda sahibləri tərəfindən unudulması deməkdir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin qatarlarda ən çox unutduğu əşyalar geyim və aksesuarlar, çantalar, mobil telefonlar və adapterlər, sənədlər, bank kartları, eləcə də yemək qablarıdır. Ən çox unudulmuş əşya Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında qeydə alınıb.
Unudulan əşyaların 250-yə yaxını, yəni təxminən 30 faizi dəmir yolu əməkdaşları tərəfindən sahiblərinə qaytarılıb. Digər əşyalar isə hələ də sahiblərini gözləyir.
Sərnişinlərə qatardan düşərkən şəxsi əşyalarını yoxlamaq və heç nəyi unutmadıqlarına əmin olmaq tövsiyə olunur.
Qatarda və ya vağzal ərazisində əşyasını unudan sərnişinlər vağzal növbətçisinə, yaxud 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [14:27]
“Azəralüminium”un ixrac gəlirləri 60 faizədək artıb
- 29.10.2026 [13:27]
Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək
- 29.10.2026 [12:58]
“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb
- 29.10.2026 [12:53]