Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb
London, 29 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın İngiltərə və Uels bölgələrində yüzlərlə ailə həkimliyi mərkəzinin (GP) internet saytının fəaliyyətində fasilələr yaranıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, buna səhiyyə müəssisələrinə onlayn xidmət göstərən “Silicon Practice” şirkətinin maliyyə çətinlikləri səbəbindən müflisləşmə proseduruna başlaması səbəb olub.
Şirkətin məlumatına görə, 1000-dən çox ailə həkimi məntəqəsi onun xidmətlərindən istifadə edir. Hazırda bu xidmətlərdən yararlanan bir sıra tibb müəssisələrinin internet saytlarına giriş mümkün deyil.
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS England) bildirib ki, ölkə üzrə fəaliyyət göstərən 6000-dən çox ailə həkimi məntəqəsinin 10 faizindən azı yaranmış problemdən təsirlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [14:56]
Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir
- 29.10.2026 [14:49]
Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər
- 29.10.2026 [14:40]
Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO
- 29.10.2026 [14:32]
Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib
- 29.10.2026 [14:30]