“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək
Bakı, 29 oktyabr, AZƏRTAC
İngiltərənin “Liverpul” klubu Türkiyənin “Qalatasaray” komandasında çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovla maraqlanır.
AZƏRTAC xəbər verir ki, Mersisayd təmsilçisinin skautları UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Ştutqart”la keçiriləcək matçda 21 yaşlı futbolçunun çıxışını stadiondan canlı izləyəcəklər.
Batrakovla İngiltərənin “Arsenal”, “Tottenhem”, “Brayton”, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti”, həmçinin Fransanın PSJ və “Monako” klubları da maraqlanır.
Qeyd edək ki, rusiyalı futbolçu “Qalatasaray”a yay transfer pəncərəsində Moskvanın “Lokomotiv” klubundan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [15:48]
Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb
- 29.10.2026 [13:42]
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
- 29.10.2026 [13:24]
Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır
- 29.10.2026 [12:31]
Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub
- 29.10.2026 [12:23]
Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib
- 29.10.2026 [10:53]