Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər
Bakı, 29 oktyabr, AZƏRTAC
Düşünürəm ki, Azərbaycan “Oceanman” yarışının keçirilməsi üçün ideal məkandır. Burada hər şey - əlverişli hava şəraiti, gözəl dəniz, qonaqpərvər insanlar və ləziz yeməklər var.
AZƏRTAC xəbər verir ki, bu sözləri polşalı ultraüzgüçü Bartolomey Kubkovski Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışına həsr olunmuş mətbuat konfransında deyib.
O, yarışın dünyanın ən yaxşı “Oceanman” tədbirlərindən biri olacağına inandığını söyləyib: “Oxşar yarışlarda iştirak etmişəm və əminəm ki, burada da çox gözəl yarış təşkil olunacaq”.
Qeyd edək ki, yarışlar 2027-ci ilin sentyabrında “Sea Breeze” ərazisində keçiriləcək.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]