Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir
Praqa, 29 oktyabr, AZƏRTAC
Avropanın xarici rəqəmsal texnologiyalardan asılılığı son illərdə artıb, Çin və ABŞ isə bu göstəricini xeyli azaldıb.
AZƏRTAC xəbər verir ki, bu, Bonn Universitetinin Təhlükəsizlik, Strategiya və İnteqrasiya üzrə Qabaqcıl Tədqiqatlar Mərkəzinin (CASSIS) təhlilində deyilir. Təhlil Vodafone Cəmiyyət və Kommunikasiya İnstitutu ilə birgə hazırlanıb, Çexiya isə Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərib.
Alimlər 2010-2023-cü illərdə 51 iqtisadiyyatı əhatə edən Rəqəmsal Asılılıq İndeksi (DDI) hazırlayıblar. İndeks asılılığı sıfırdan (tam müstəqillik) vahidə (tam asılılıq) qədər ölçür. Avropa ölkələrinin orta göstəricisi 0,5 faiz bəndi artaraq 0,69 olub. Çin göstəricisini 10,8 faiz bəndi azaldaraq 0,43-ə endirib, ABŞ isə 0,38 ilə ən müstəqil ölkə olaraq qalır.
Çexiya 0,62 balla 13-cü yeri tutaraq Estoniya, Almaniya və Sinqapuru qabaqlayıb. Avropa ölkələrindən yalnız İrlandiya 0,40 balla ABŞ-dan sonra ikinci yerə yüksəlib, Çexiyadan öndə isə 11-ci yerdə Serbiya qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [17:43]
Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
- 29.10.2026 [16:39]
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
- 29.10.2026 [16:16]
İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir
- 29.10.2026 [15:55]