Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb
Berlin, 29 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və 27 üzv dövləti inkişaf etməkdə olan ölkələrə iqlim dəstəyi məqsədilə 2025-ci ildə dövlət mənbələrindən 32,3 milyard avro ayırıb və 9,3 milyard avro özəl maliyyə vəsaitinin səfərbər edilməsinə nail olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək COP31 ərəfəsində açıqladığı məlumatda qeyd edilib.
Avropa Komissiyasının məlumatına görə, inkişaf etməkdə olan ölkələrə ayrılan dövlət iqlim maliyyəsinin 48 faizi iqlim dəyişikliyinə uyğunlaşma, təsirlərin azaldılmasını əhatə edən tədbirlərə yönəldilib. Dövlət maliyyəsinin 41 faizi isə qrantlar formasında təqdim olunub.
Ümumi dövlət maliyyələşdirilməsinin 4,3 milyard avrosu Aİ büdcəsi, o cümlədən Avropa İnkişaf Fondu, 2,7 milyard avrosu isə Avropa İnvestisiya Bankı hesabına təmin edilib.
Aİ 2015-ci il Paris İqlim Sazişinin həyata keçirilməsinə dəstək verməklə yanaşı, inkişaf etmiş ölkələrin hər il 100 milyard dollar iqlim maliyyəsi səfərbər etmək üzrə kollektiv məqsədinə töhfə verməyi davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:22]
Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb
- 29.10.2026 [16:39]
Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir
- 29.10.2026 [16:16]
İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir
- 29.10.2026 [15:55]