Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əs-Sisi “əl-Dabaa” atom elektrik stansiyasının (AES) ölkənin elektrik enerjisinə və enerji resurslarına olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” agentliyinə istinadla xəbər verir ki, əs-Sisi bu barədə oktyabrın 29-da Moskvada Rusiya Dövlət Atom Enerjisi Korporasiyasının (“Rosatom”) baş direktoru Aleksey Lixaçovla görüşündə danışıb. Görüş Misir Prezidentinin Rusiya-Afrika sammitinin üçüncü toplantısında iştirakı çərçivəsində keçirilib.
Misir Prezidentinin sözçüsü Məhəmməd əş-Şənavi bildirib ki, görüşdə əs-Sisi layihənin müəyyən edilmiş qrafikə uyğun həyata keçirilməsi üçün tərəflər arasında koordinasiyanın vacibliyini vurğulayıb, həmçinin tikintinin müxtəlif mərhələlərində əldə olunan nəzərəçarpan irəliləyişi yüksək qiymətləndirib.
A.Lixaçov “Rosatom”un layihəni yüksək səviyyədə başa çatdırmaq üçün bütün səylərini göstərəcəyini vurğulayıb və tikinti işlərinin hazırkı vəziyyəti, eləcə də indiyədək görülən işlər barədə məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:16]
İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir
- 29.10.2026 [15:55]
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb
- 29.10.2026 [15:39]
Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər
- 29.10.2026 [15:31]
SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb
- 29.10.2026 [15:28]
Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub
- 29.10.2026 [15:27]