Bakıda Atatürkün abidəsi ziyarət olunub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cümhuriyyət bayramı münasibətilə Bakıda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, qrupun üzvləri abidənin önünə gül dəstələri düzüblər.