Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

Torpağa bağlılıq, zəhmətə inam və bol məhsul ümidi… Şahbuz rayonunun kəndlərində payızlıq əkin mövsümü bu il daha geniş sahələri əhatə edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən illə müqayisədə şumlanmış torpaqların və payızlıq əkin sahələrinin əhəmiyyətli dərəcədə artması kənd təsərrüfatında fəallığın yüksəldiyini göstərir. Torpaq mülkiyyətçiləri və fermerlər əkin sahələrini genişləndirməklə yanaşı, məhsuldarlığın artırılmasına, təsərrüfatlarının inkişafına və öz istehsalları hesabına tələbatlarını ödəməyə çalışırlar. Rayonun Mahmudoba və Mərəlik kəndlərində apardığımız müşahidələr də göstərir ki, payızlıq əkin mövsümündə əsas hədəf torpaqdan səmərəli istifadə etmək, mövcud imkanları dəyərləndirmək və gələcək məhsul üçün möhkəm zəmin yaratmaqdır.

Şum sahələrinin artması əkinçilikdə fəallığı göstərir

Şahbuz rayonunda payızlıq əkin mövsümü çərçivəsində görülən işlər ötən illə müqayisədə müsbət dinamika ilə davam edir. Cari ildə rayonda 700 hektar sahədə şum aparılıb. Ötən il isə bu göstərici 248 hektar olub. Beləliklə, şumlanmış sahələrin həcmi 452 hektar artıb.

Payızlıq əkin sahələrində də nəzərəçarpan artım qeydə alınıb. Ötən il 41 hektar təşkil edən əkin sahəsi cari ildə 239,5 hektara çatıb. Bu, 198,5 hektar artım deməkdir. Suvarılan sahələrin həcmi isə ötənilki sıfır göstəricisindən cari ildə 3 hektara yüksəlib.

Rəqəmlər rayonda əkinçiliyin genişləndirilməsi istiqamətində görülən işlərin miqyasının artdığını göstərir. Şum sahələrinin böyüməsi yeni əkinlər üçün zəmin yaradır, torpaqdan istifadənin genişlənməsi isə kənd təsərrüfatı istehsalının artırılması baxımından əhəmiyyət daşıyır. Bu işlər, eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərin həyata keçirilməsinə töhfə verir.

Lakin əkinçilikdə uğur yalnız sahələrin genişləndirilməsi ilə ölçülmür. Torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə, gübrələmə, suvarmanın vaxtında təşkili və hava şəraiti də məhsuldarlığa birbaşa təsir göstərir. Elə kənd təsərrüfatı ilə uzun illərdir məşğul olan torpaq mülkiyyətçilərinin təcrübəsi də bunu təsdiqləyir.

Torpağın dilini bilən əkinçinin zəhməti

Şahbuz rayonunun Mahmudoba kənd sakini Turab Kərimovun əkinçilik təcrübəsi təxminən 30 ilə yaxındır. O, torpaqların özəlləşdirilməsindən sonra - 1997-ci ildən bu sahədə fəaliyyətini davam etdirib, hər il pay torpaqlarında və bələdiyyə ilə bağlanmış müqavilələr əsasında 5 hektara yaxın sahədə taxıl əkib. İllərin təcrübəsi ona torpağın xüsusiyyətlərini, hava şəraitinin və yağıntıların məhsula təsirini yaxından öyrədib.

Təsərrüfatçı deyir ki, müxtəlif illərdə hektardan 10–30 sentner arasında məhsul götürdüyü vaxtlar olub. Məhsuldarlığın dəyişməsi, əsasən, torpaq-iqlim şəraiti, torpağın bioloji xüsusiyyətləri və su təminatı ilə bağlıdır. Bu amillər nəzərə alınmadan yüksək məhsuldarlığa nail olmaq çətindir. Cari mövsümdə isə o, əkin sahəsini genişləndirib.

“Keçən il 2 hektar sahədə taxıl əkmişdimsə, bu il artıq 3 hektar sahədə əkin aparmışam. Şumlama işləri görülüb, toxum hazırdır. Dövlət tərəfindən verilən gübrəni götürəcəyəm. Toxumla birlikdə fosfor və digər gübrələri də torpağa verəcəyəm. Məqsədimiz yüksək məhsul əldə etməkdir”, – deyə təsərrüfatçı bildirir.

Ötənilki nəticələrdən danışan müsahibimiz həmin il hər hektardan 18 sentner taxıl götürdüyünü qeyd edir. Əvvəlki illərdə isə məhsuldarlıq daha yüksək olub. Yağıntıların miqdarı və su ehtiyatlarının vəziyyəti məhsulun həcminə ciddi təsir göstərir. 2026-cı ildə yağıntıların çox olması, çaylarda və digər su mənbələrində suyun mövcudluğu əkin sahələrinin suvarılmasına əlverişli şərait yaradıb.

Vaxtında suvarma aparılarsa, gübrələr düzgün tətbiq edilərsə və hava şəraiti əlverişli olarsa, əkinçi daha yüksək məhsul götürməyin mümkün olduğunu düşünür.

Taxılçılıq və heyvandarlıq bir təsərrüfatda birləşir

Şahbuz rayonunun Mərəlik kənd sakini İlham Həsənov da uzun illərdir kənd təsərrüfatı ilə məşğuldur. O, taxılçılıqla yanaşı, heyvandarlığı da inkişaf etdirərək təsərrüfatını daha səmərəli qurmağa çalışır. Əkin sahələrinin bir hissəsində arpa yetişdirməyə üstünlük verməsi də məhz bu məqsədlə bağlıdır.

Onun sözlərinə görə, ötən il 3,1 hektar sahədə əkin aparıb. Həmin sahənin 2 hektarında arpa, 1,1 hektarında isə buğda yetişdirib. Hektardan orta hesabla 23 sentner məhsul götürüb.

Cari ildə isə 3 hektar sahədə taxıl əkib. Bunun 0,75 hektarı arpa, qalan hissəsi isə buğdadır. Təsərrüfatçı əkin sahələrinin mövcud imkanlar daxilində daha da genişləndirilməsində maraqlıdır.

“Su problemimiz, demək olar ki, yoxdur. Hazırda əkin işlərini tam başa çatdırmamışıq. Torpağın hazırlanması işləri yekunlaşandan sonra suvarmaya başlayacağıq. Bu işlər başa çatan kimi su veriləcəyi bildirilib”, – deyə İlham Həsənov qeyd edir.

İlham Həsənovun təsərrüfatında taxılçılıq heyvandarlıqla sıx bağlıdır. O, altı baş iribuynuzlu mal-qara saxlayır və yetişdirdiyi arpadan heyvanların yemlənməsində istifadə edir. Bu baxımdan arpa onun üçün yalnız taxıl məhsulu deyil, həm də heyvandarlığın yem təminatında mühüm vasitədir.

“Çalışıram ki, əkin sahələrimi bir qədər də genişləndirim. Heyvandarlıqla da məşğulam. Məqsədim öz təsərrüfatımda istehsal etdiyim məhsullardan istifadə etməklə təsərrüfatımı inkişaf etdirməkdir. Arpaya üstünlük verməyim də bununla bağlıdır. Onu heyvanlarım üçün qüvvəli yem kimi istifadə edirəm”, – deyə kənd sakini bildirir.

Təsərrüfatçının bu yanaşması aqrar sahələrin bir-birini tamamlamasının əhəmiyyətini göstərir. Taxıl istehsalı heyvandarlığın yem təminatına kömək edir, heyvandarlıq isə ailə təsərrüfatının gəlir imkanlarını genişləndirir. Beləliklə, fermerlər mövcud resurslardan daha səmərəli istifadə etməyə, xərcləri azaltmağa və təsərrüfatlarının dayanıqlılığını artırmağa çalışırlar.

Məqsəd daha çox məhsul, daha dayanıqlı təsərrüfatdır

Şahbuz rayonunda payızlıq əkin sahələrinin genişlənməsi kənd təsərrüfatının inkişafına olan marağın artdığını göstərir. Şumlanmış sahələrin 248 hektardan 700 hektara, payızlıq əkinlərin isə 41 hektardan 239,5 hektara yüksəlməsi cari işlərin əvvəlki illə müqayisədə daha geniş miqyasda aparıldığını təsdiqləyir.

Mahmudoba və Mərəlik kəndlərində fəaliyyət göstərən təsərrüfatçıların fikirləri də göstərir ki, torpaq mülkiyyətçiləri qarşıdakı məhsul mövsümünə hazırlığı ciddi şəkildə davam etdirirlər. Biri uzunillik təcrübəsinə əsaslanaraq əkin sahəsini artırır, gübrələmə və suvarma tədbirlərinə diqqət yetirir, digəri isə taxılçılıqla heyvandarlığı uzlaşdıraraq təsərrüfatının yem təminatını öz istehsalı hesabına qurmağa çalışır.

Təbii ki, bol məhsul əldə etmək üçün əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, aqrotexniki qaydalara əməl olunması, su ehtiyatlarından səmərəli istifadə, keyfiyyətli toxum və gübrə təminatı da mühüm əhəmiyyət daşıyır. Havanın əlverişli keçməsi və suvarmanın vaxtında aparılması isə fermerlərin gözləntilərinin reallaşmasında əsas amillərdəndir.

Şahbuzda payızlıq əkin mövsümünün əsas mənzərəsi torpağa daha çox əmək sərf etmək, əkin sahələrini genişləndirmək və gələcək məhsul üçün indidən zəmin yaratmaqdır. Torpaq mülkiyyətçilərinin zəhməti, kənd təsərrüfatına marağın artması və Dövlət Proqramında müəyyənləşdirilən hədəflər bu istiqamətdə mühüm rol oynayır. Qarşıda duran əsas vəzifə genişlənən əkin sahələrini yüksək məhsuldarlıqla birləşdirmək, kənd təsərrüfatı istehsalını artırmaq və hər hektar torpaqdan maksimum səmərə əldə etməkdir. Çünki torpağa göstərilən qayğı və vaxtında görülən işlər yalnız bir mövsümün məhsulunu deyil, kənd təsərrüfatının gələcək inkişafını da müəyyənləşdirir.

Müxbir - Nail Əsgərov

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

AzMİU-da tələbələrə narkomaniyanın fəsadları və psixoloji dəstəyin əhəmiyyəti izah olunub

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb

Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır

BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH

Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

İRİA-nın rəhbəri: Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Fərid Osmanov: Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub

“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir

Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar

® “Unibank” məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

AzTU Rumıniya İqtisadi Elmlər Akademiyası ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir VİDEO

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir VİDEO

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi

“Associated Press”: ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə aralıq seçkilərindən sonra İrana hücum edəcəyi barədə xəbərdarlıq edib

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 3,3 faiz azalıb, nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

® Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Elnur Bağırov: Rəqəmsal platformaların bazar gücünün qiymətləndirilməsi xüsusi təhlil tələb edir

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

ARDNF və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib

BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq VİDEO

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq VİDEO

Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub

Dövlət Turizm Agentliyinin sədri: Pekində nümayəndəliyin açılması Asiya bazarları ilə əlaqələrimizi daha da gücləndirir

“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək

Fuad Nağıyev: Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Bakıda Atatürkün abidəsi ziyarət olunub

® “AzInTelecom”un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Elnur Bağırov: Rəqabət Məcəlləsi qanunvericiliyin müasir əsaslar üzərində tətbiqinə imkan yaradıb