Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Almaniyanın “Bavariya”sının baş məşqçisi Vensan Kompani noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək komandaya qayıtmayacaq.
AZƏRTAC “Bild” nəşrinə istinadən xəbər verir ki, səhhətində problem yaranan 40 yaşlı mütəxəssis istirahətini davam etdirəcək və dərman qəbul edəcək. O, oktyabrın 31-də Dortmund “Borussiya”sı, noyabrın 3-də Madrid “Atletiko”su və noyabrın 7-də “Maynts”la keçiriləcək görüşlərdə komandasına rəhbərlik edə bilməyəcək.
Qeyd edək ki, Vensan Kompani “Bavariya”nın məşqi zamanı huşunu itirib. Hadisədən sonra Münxen klubunun idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl bunun beyin qişalarının qıcıqlanması ilə əlaqədar baş verdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]