Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi nəticəyə imza atıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçu bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bununla Könül Əliyeva “Böyük Dəbilqə” yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.
Mübarizəyə 1/8 finaldan başlayan Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda niderlandlı Amber Gersyesi, yarımfinalda isə Fransa cüdoçusu Melani Lequ-Klemanı məğlub edib.
Həlledici görüşdə Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan Könül Əliyeva rəqibindən üstün olaraq qızıl medala sahib çıxıb.
Bu, eyni zamanda Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:59]
Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
- 29.10.2026 [18:49]
Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb
- 29.10.2026 [17:16]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO
- 29.10.2026 [16:41]