Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var
Tovuz, 30 oktyabr, AZƏRTAC
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, qəza rayonun Xatınlı kəndində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil “VAZ-2107” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “VAZ-2107”də olan 41 yaşlı Lətifə Əhmədova, 28 yaşlı Dəstəmir Nəsirov və 47 yaşlı Xəqani Əhmədov ağır xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu