Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
Vaşinqton, 8 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər İrana hərbi hücum edilməyəcəyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti İran İslam Respublikası ilə məhsuldar müzakirələrin aparıldığını bildirib.
“Hamıya aydın şəkildə bildirmək istəyirəm ki, İran iqtisadi və hərbi baxımdan çox ağır vəziyyətdə olsa da və blokada tam qüvvədə qalmağa davam etsə də, noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərindən əvvəl heç bir halda İrana hücum etməyəcəyik”, – deyə Tramp vurğulayıb.
Prezidentin sözlərinə görə, Hörmüz boğazından rekord həcmdə neft daşınır. O bildirib ki, təkcə ötən gecə boğazdan 22 milyon barel neft keçib və bu neftin heç bir hissəsi İrandan ixrac edilməyib və ya İrana göndərilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]