Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Ötən il ərzində Maliyyə Monitorinq Xidmətinin (MMX) “Şübhəli Əməliyyatların Monitorinqi Sistemi”ndə 1084 öhdəlik daşıyan şəxs (ÖDŞ) qeydiyyatdan keçib ki, bu da 2024-cü ilin müvafiq göstəricisindən 353 vahid və ya 48,3 faiz çoxdur.
AZƏRTAC MMX-ya istinadla xəbər verir ki, bu il yanvarın 1-nə qeydiyyatdan keçmiş ÖDŞ-lərin sayı 2677 təşkil edir. 2025-ci il ərzində öhdəlik daşıyan şəxslər tərəfindən təqdim olunan şübhəli hesabatların, limitəsaslı hesabatlar, limitdən asılı olmayaraq təqdim olunan hesabatlar və yüksəkriskli zona ilə əlaqəli hesabatların sayı 3 milyon 470 min 856 olub ki, bu da 2024-cü il ilə müqayisədə (2 milyon 46 min 771) 1 milyon 424 min 85 vahid və ya 69,6 faiz çoxdur.
2025-ci il ərzində maliyyə institutlarından 20 min manatdan yüksək məbləğdə nağd əməliyyat icra etmiş 151 min 212 şəxslə əlaqəli 415 min 657, nağdsız əməliyyat aparmış 215 min 43 subyektlə əlaqəli 1 milyon 929 min 795 hesabat daxil olub. Ötən il ərzində maliyyə institutlarından tərəfindən yüksəkriskli zonalarla əlaqəli 1900 subyekt barədə 674 min 738, xarici siyasi nüfuzlu və onlarla əlaqəli şəxslərlə əlaqəli 87 min 18 hesabat daxil olub.
Dövr ərzindən MMX-yə təqdim edilmiş şübhəli hesabatların sayı 1197 vahid təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən (779) 418 vahid və ya 53,7 faiz çoxdur.