Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Bu ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 149 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib.
Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]