Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 201,7 milyon manatdan çox vergi daxil olub.
Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz və ya 18,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 150,2 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,1 faiz və ya 22 milyon manat artıb. Ödənilən vergilərin 74,4 faizi qeyri-dövlət sektorunun, 25,6 faizi isə dövlət sektorunun payına düşüb.
Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artaraq 3,5 milyon manat olub.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [12:00]
Şəhid xanımı: Bu sənətlə sönmüş ocağımın işığını yandırmış oldum REPORTAJ
- 04.11.2026 [10:40]
30 illik yurd həsrəti ilə döyüşə yollanan həkim VİDEO
- 04.11.2026 [10:07]
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
- 04.11.2026 [09:28]
Vətən müharibəsi şəhidi Babək Həsənovun anım günüdür
- 03.11.2026 [20:52]
Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
- 03.11.2026 [23:55]