Azərbaycanın ÜDM-i 2027-ci ildə 141 milyard manat səviyyəsində proqnozlaşdırılır
Bakı, 4 noyabr, AZƏRTAC
Növbəti ildə ümumi daxili məhsulun məbləği 141 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 2,7 faizlik real artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
O bildirib ki, qeyri-neft-qaz sektoru üzrə ÜDM 109,1 milyard manat proqnozlaşdırılır. Bu da 2026-cı ilə nisbətən 4,4 faizlik real artım deməkdir.
“Ümumiyyətlə, beşillik perspektivə baxdıqda, - 2023-cü ildən 2027-ci ilə olan dövrü nəzərdə tuturam, - bizim qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulumuz 30 milyard manatlıq bir artım hədəfinə çatacaq. Bu da 38 faizlik bir artım deməkdir”, - deyə nazir vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:30]
Azərbaycanın dövlət büdcəsində əsaslı xərclərin payı 32 faizdir
- 04.11.2026 [15:26]