Gəncə musiqi məktəblərinin müəllim və şagirdləri I Kəlbəcər Aşıq Festivalında çıxış ediblər
Gəncə, 3 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında I Kəlbəcər Aşıq Festivalı çərçivəsində Gəncə şəhər musiqi məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbi, Bülbül adına 3 nömrəli uşaq musiqi məktəbi, Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbi və Gəncə şəhər uşaq incəsənət məktəbinin müəllim və şagirdləri müxtəlif aşıq havaları, saz və nağara ifaları ilə çıxış ediblər.
Zəfər Günü ərəfəsində təşkil olunan tədbirdə milli musiqi irsimizin və aşıq sənətinin təbliğinə xüsusi yer verilib.
Müxbir - Elcan Məmmədov