Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir
Moskva, 3 noyabr, AZƏRTAC
Rusiya regional məsləhətləşmə platforması olan “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda keçirilməsini gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksəksəviyyəli plenar iclasında çıxışı zamanı deyib.
“Bu platformanın iştirakçıları ümumi maraqları birləşdirən gündəliyin reallaşdırılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, – deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib
Regional “3+3” formatı Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, Türkiyə və İranın da iştirakını nəzərdə tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:14]
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib VİDEO
- 03.11.2026 [12:10]