Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır
Bakı, 3 noyabr, AZƏRTAC
Hesab edirəm ki, Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətlərlə ortaq dil tapmaq və onları bir masa ətrafında birləşdirmək bacarığıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rza Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Asiya ilə Avropa arasında körpü rolunun konkret ifadəsini “Bakı Prosesi”ndə görmək mümkündür.
“Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransına İslam ölkələrinin nazirləri də dəvət olundu. 2009-cu ildə isə İslam ölkələrinin mədəniyyət nazirlərinin Bakı görüşündə Avropa dövlətlərinin nümayəndələri iştirak etdilər. Azərbaycan bununla iki fərqli beynəlxalq mühit arasında birbaşa ünsiyyət üçün yol açdı. Məncə, ölkəmizin mədəniyyət körpüsü kimi rolunu ən aydın göstərən nümunələrdən biri budur”, - deyə Baş katib əlavə edib.
Müsahibənin tam variantı tezliklə yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [16:53]
Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir
- 03.11.2026 [14:00]