Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb
Paris, 3 noyabr, AZƏRTAC
Fransada 2027-ci ilin dövlət büdcəsi ətrafında parlament müzakirələri davam etdiyi bir vaxtda, sənədin əsas məruzəçisi Filip Jüvən büdcənin ilkin iqtisadi proqnozlarının artıq reallığı əks etdirmədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu haqda sağçılar fraksiyasının deputatı “Franceinfo” telekanalına müsahibəsində deyib. Qeyd edib ki, büdcə 2027-ci ildə iqtisadi artımın 1 faiz, neftin bir barelinin qiymətinin 80 dollar, faiz dərəcələrinin isə 4,2 faiz olacağı fərziyyələri əsasında hazırlanıb. Lakin onun fikrincə, bu göstəricilərə nail olunması ehtimalı azdır.
“Büdcənin əsaslandığı fərziyyələrin artıq qüvvədən düşdüyündən ehtiyat edirəm”, – deyə Jüven vurğulayıb.
Deputatın sözlərinə görə, ilk növbədə büdcə qəbul edilməli, dövlət borcunu maliyyələşdirən kreditorların etimadı qorunmalı və dövlət xərcləri azaldılmalıdır. O, parlamentdə çoxluğun olmamasının və yaxınlaşan prezident seçkilərinin büdcə məsələsində qərar qəbulunu çətinləşdirdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:10]
Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?
- 03.11.2026 [18:10]
SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
- 03.11.2026 [17:07]
“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb
- 03.11.2026 [16:56]