İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:13]
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
- 03.11.2026 [18:09]
® Kino biletləri də “ABB mobile” tətbiqində
- 03.11.2026 [17:46]
® “Expressbank” Bərdədə 300 ağac əkib
- 03.11.2026 [17:42]
Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
- 03.11.2026 [17:39]