Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Bakı, 3 noyabr, AZƏRTAC

Əczaçılıq sənayesinin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və dərman təminatının dayanıqlılığının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Əczaçılıq sektoru müasir sənaye iqtisadiyyatında yüksək əlavə dəyər yaratmaq, texnoloji bilikləri istehsala tətbiq etmək və məşğulluğu genişləndirmək imkanları ilə seçilir. Bu sahənin inkişafı yalnız dərman və tibb vasitələrinin istehsalı ilə məhdudlaşmır. O, kimya sənayesi, laboratoriya tədqiqatları, tibbi texnologiyalar, qablaşdırma, logistika və elmi-tədqiqat fəaliyyəti arasında əlaqələrin genişlənməsinə də yeni imkanlar açır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət Azərbaycanın ənənəvi enerji sektorundan əldə etdiyi imkanların qeyri-neft-qaz sənayesinin inkişafına yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal sahələrinin formalaşdırılması üçün mühüm zəmin yaradıb. Özəl investisiyaların təşviqi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, müasir sənaye infrastrukturunun qurulması və yerli istehsalın dəstəklənməsi bu siyasətin əsas istiqamətlərindəndir. Sənaye parklarının yaradılması və burada fəaliyyət göstərən müəssisələrə tətbiq olunan stimullaşdırıcı mexanizmlər dövlətin iqtisadi inkişaf hədəflərinin konkret investisiya layihələri ilə uzlaşdırılmasının nümunəsidir. Bu yanaşma əczaçılıq kimi strateji əhəmiyyətli sahələrdə istehsal potensialının artırılması, texnologiyaların ölkəyə gətirilməsi, yeni iş yerlərinin yaradılması və Azərbaycanın regional istehsal mərkəzinə çevrilməsi üçün əlavə imkanlar açır.

İstehsal potensialında artım və investisiya fəallığı

Azərbaycanda əczaçılıq sənayesinin inkişafında son dövrün diqqətçəkən xüsusiyyətlərindən biri istehsal göstəricilərində müşahidə olunan artımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 32,9 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın dəyəri 60,4 faiz artıb. Bu dövrdə dərman istehsal olunub ki, bu da illik ifadədə 92,8 faiz çoxdur.

İdxaldan asılılığın azaldılması və dərman təminatının gücləndirilməsi

Azərbaycan üçün qarşıdakı mərhələdə əsas vəzifələrdən biri rəqabətqabiliyyətli, eləcə də ixracyönümlü sənaye ekosistemini daha da gücləndirməkdir. Əczaçılıq isə yüksək əlavə dəyər, texnoloji tutum və insan kapitalına tələbat baxımından bu strategiyanın ən perspektivli sahələrindən biri kimi diqqət çəkir.

Sahibkarlar üçün geniş güzəştlər və təşviq mexanizmləri tətbiq edən Pirallahı Sənaye Parkı

Bu baxımdan Pirallahı Sənaye Parkı xüsusi önəm çəkir. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib. Park üzrə ümumi investisiya portfeli 175,6 milyon manatdır. Bunun 111,3 milyon manatı artıq layihələrin icrasına yönəldilib. Həyata keçirilən layihələr nəticəsində bu günə qədər 215 nəfər daimi işlə təmin olunub. Rezidentlər tərəfindən indiyədək ümumilikdə 82,2 milyon manat dəyərində məhsul istehsal edilib. Ümumiyyətlə, sənaye parklarında sahibkarlar üçün kifayət qədər geniş güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. İlk növbədə, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilirlər. Bundan əlavə, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar ƏDV-dən və gömrük rüsumlarından azad edilir.

Müasir istehsal standartları və texnoloji imkanlar

Pirallahı Sənaye Parkında əczaçılıq sənayesinin inkişafına töhfə verən müəssisələrdən biri də “R-Pharm” MMC-dir. İnvestisiya dəyəri 16 milyon dollar olan zavodun illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edir. Müəssisənin fəaliyyəti yerli əczaçılıq istehsalının genişləndirilməsi ilə yanaşı, beynəlxalq istehsal təcrübəsinin ölkəyə gətirilməsi baxımından da əhəmiyyət daşıyır. Müəssisə Azərbaycanda GMP sertifikatı alan ilk əczaçılıq müəssisəsi olub. Bu standartların tətbiqi istehsal proseslərinin idarə edilməsinə, xammalın və hazır məhsulların keyfiyyətinə nəzarətə, avadanlıqların düzgün istismarına və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığına xüsusi tələblər qoyur. Belə yanaşma dərman istehsalında keyfiyyət və təhlükəsizlik prinsiplərinin təmin olunması üçün mühüm zəmin yaradır.

Yeni investisiya layihələri əczaçılıq istehsalını genişləndirir

Əczaçılıq istehsalının inkişafı yalnız mövcud tələbatın ödənilməsi ilə məhdudlaşmır. Bu proses eyni zamanda texnoloji biliklərin ölkəyə gətirilməsini, istehsal təcrübəsinin formalaşmasını və gələcəkdə daha geniş məhsul çeşidinin istehsalı üçün zəmin yaradılmasını nəzərdə tutur. Pirallahı Sənaye Parkında həyata keçirilən yeni layihələr, o cümlədən “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisəsi bu baxımdan diqqət çəkir. Layihənin miqyası və maliyyələşmə strukturu əczaçılıq sektorunun inkişafında həm özəl kapitalın, həm də dövlət dəstəyinin rolunu göstərir. Bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti , İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir. Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub. Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq. Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Bu cür müasir avadanlıqların tətbiqi zavodun texnoloji imkanlarını gücləndirən əsas amillərdəndir. Müasir avadanlıqlar istehsal proseslərinin dəqiq idarə edilməsinə, məhsul keyfiyyətinə nəzarətin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Bu, müəssisənin yalnız istehsal həcmini artırması baxımından deyil, həm də yerli əczaçılıq məhsullarına etimadın yüksəldilməsi və onların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

İxrac imkanları və regional bazarlara çıxış

Məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Yeni müəssisənin perspektivlərini təkcə Azərbaycan bazarı ilə məhdudlaşdırmaq düzgün olmazdı. İstehsal olunacaq məhsulların Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracının nəzərdə tutulması respublikamızın regional əczaçılıq bazarında mövqeyini gücləndirmək üçün əlverişli imkan yaradır. Bu istiqamətdə ixrac coğrafiyasının genişləndirilməsi yerli istehsalın həcminin artırılması, satış bazarlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Daxili bazarla yanaşı, xarici bazarlara çıxışın təmin olunması istehsalçıya daha geniş istehlakçı auditoriyasına çatmaq, uzunmüddətli kommersiya əlaqələri qurmaq və regional təchizat zəncirlərində iştirakını genişləndirmək imkanı verə bilər. Azərbaycanın coğrafi mövqeyi, region ölkələri ilə iqtisadi əlaqələri əczaçılıq məhsullarının xarici bazarlara çatdırılması üçün əlavə imkanlar yaradır. Bununla belə, regional bazarlarda möhkəmlənmək yalnız istehsal gücünün mövcudluğu ilə məhdudlaşmır. Məhsulların keyfiyyətinin beynəlxalq tələblərə uyğunluğu, ixrac ediləcəyi ölkələrdə qeydiyyat prosedurlarının tamamlanması, qiymət rəqabətliliyi və etibarlı distribüter şəbəkələrinin qurulması da mühüm şərtlərdir. Bu amillərin uzlaşdırılması yerli istehsalın xarici bazarlarda davamlı mövqe qazanmasına və ixrac imkanlarının reallaşdırılmasına şərait yarada bilər. Perspektivdə isə ixracın genişləndirilməsi Azərbaycanın əczaçılıq sənayesində əlavə dəyərin artırılmasına, istehsal təcrübəsinin və texnoloji imkanların inkişafına, eləcə də əlaqəli sahələrdə yeni iqtisadi fəaliyyətin formalaşmasına töhfə verə bilər. Beləliklə, müəssisənin regional bazarlara çıxışı yalnız ayrı-ayrı məhsulların xaricə satışını deyil, ölkənin qeyri-neft-qaz sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi və Azərbaycanın regional istehsal-təchizat zəncirində rolunun gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

İnsan kapitalı və ixtisaslı kadr hazırlığı

178 nəfərin daimi işlə təmin ediləcəyinin qeyd olunması “Gen Pharma Caucasus Manufacturing Operations” müəssisənin əmək bazarına birbaşa töhfəsini göstərir. Bununla belə, göstəricinin iqtisadi təsirini daha dolğun qiymətləndirmək üçün yaradılan iş yerlərinin ixtisas strukturu və gələcəkdə məşğulluğun genişləndirilməsi imkanları da əhəmiyyətlidir. Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazasının yaradılması əczaçılıq müəssisəsinin fəaliyyətinin istehsalla məhdudlaşmadığını, eyni zamanda ixtisaslı kadr hazırlığına töhfə vermək imkanına malik olduğunu göstərir. Bu əməkdaşlıq tələbələrin nəzəri biliklərini real istehsal mühiti ilə əlaqələndirməsinə, müasir texnologiyalarla tanış olmasına və praktiki bacarıqlar əldə etməsinə şərait yaradacaq.

Pirallahı Sənaye Parkı yeni sənaye klasterinin mərkəzinə çevriləcək

Yeni müəssisənin məhz Pirallahı Sənaye Parkında yerləşməsi də diqqətçəkən məqamdır. Sənaye parklarının əsas üstünlüyü təkcə investor üçün yaradılan güzəştlərlə məhdudlaşmır. Burada əsas məqsəd eyni və əlaqəli fəaliyyət sahələrinin bir məkanda cəmləşməsi, infrastruktur xərclərinin optimallaşdırılması, texnologiya və bilik mübadiləsinin sürətləndirilməsi və yeni istehsal zəncirlərinin yaradılmasıdır.

Əczaçılıq istehsalının genişlənməsi gələcəkdə Pirallahıda təkcə dərman istehsalı müəssisələrinin deyil, həm də qablaşdırma materialları, tibbi məhsullar, laboratoriya xidmətləri, logistika, texniki servis və digər əlaqəli fəaliyyətlərin də inkişafına zəmin yarada bilər. Belə bir klaster yanaşması əczaçılıq sənayesində əlavə dəyərin daha böyük hissəsinin ölkə daxilində formalaşmasına imkan verə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir VİDEO

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Qırğız ekspert Paris və Berlindəki iğtişaşların Aİ-nin qlobal ambisiyalarına mənfi təsirindən bəhs edib - ŞƏRH

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib

® “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb

Sürücülər və operatorların məsul şəxsləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək VİDEO

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək VİDEO

“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub

Aslan Kərimov: “Sabah” Norveçdə süni örtüklü meydançanın çətinliyi ilə üzləşəcək

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB

Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

“İnsanlığın şahidi”: Reza Deqati BSU tələbələri ilə Qarabağ həqiqətlərini və fotojurnalistikanı bölüşüb

“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib

UNCTAD: Neft şoku inkişaf etməkdə olan ölkələrə daha ağır zərbə vurub

Yunanıstanın yeddi regionunda fırtına ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb

Zəfərlə yazılan tarix, qürurla yaşanan gün

Liam Kollinz: Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı

Azərbaycan nümayəndələri Asiya Elmlər Akademiyasının rəhbər orqanlarında təmsil olunacaqlar

Zəfərimizin elmi salnaməsi: Qarabağın təbiətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi

ABŞ-də aralıq seçkilər ərəfəsində Asiya fond bazarlarında ucuzlaşma müşahidə olunur, neftin qiyməti isə sabitləşir