Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin enerji sektorunda da uğurla inkişaf etdiyi vurğulanıb.
Tərəflər SOCAR ilə “KazMunayGas” arasında 2024-cü ildə imzalanmış Strateji Əməkdaşlıq Memorandumu üzrə görülən işləri, o cümlədən Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması istiqamətində əməkdaşlığın genişləndirilməsi və enerji sektorunun müxtəlif sahələrində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [17:39]
Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib
- 03.11.2026 [16:38]
® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
- 03.11.2026 [16:00]