Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər
Bakı, 3 noyabr, AZƏRTAC
Aşıq festivallarının keçirilməsi qədim sənətimizin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər gənclərin aşıq sənətinə marağını artırır, onları ustadların yaradıcılığını öyrənməyə və araşdırmağa həvəsləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı deyib
O bildirib ki, festivalın Kəlbəcərə və Dədə Şəmşirin irsinə həsr olunması onun üçün xüsusi məna daşıyır.
Aşıq vurğulayıb ki, klassik aşıq sənətinin kökləri və ustadlardan gələn ənənələr qorunmalıdır: “Gənclər belə tədbirlərdə fəal iştirak etsinlər, aşıq sənətini yaşadaraq gələcək nəsillərə ötürsünlər. Sənətə yenilik gətirmək də vacibdir, ancaq bu zaman onun kökləri və ənənələri unudulmamalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [16:42]
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş
- 03.11.2026 [15:31]
“Balaca səyyah” premyeraya hazırlaşır
- 03.11.2026 [13:29]