“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar “WhatsApp” platformasında yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edir.
Milli Kibertəhlükəsizlik Agentliyindən AZƏRTAC-a bildirilib ki, platforma üzərindən istifadəçilərə Azərbaycan Prezidenti adından 100 manat məbləğində pul mükafatı veriləcəyi barədə tərkibində zərərli keçidlər (linklər) olan mesajlar göndərilir.
“Vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edirik. Onlardan bu cür hallarla qarşılaşdıqda agentliyin rəsmi veb-saytı (www.nca.az) vasitəsilə məlumat vermələri xahiş olunur”, - deyə MKA-nın məlumatında bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [13:39]
Azərbaycanda sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur
- 03.11.2026 [12:57]
ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı
- 03.11.2026 [12:41]
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
- 03.11.2026 [12:35]