Ukraynada yaşayan azərbaycanlı Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini təyin olunub
Kiyev, 3 noyabr, AZƏRTAC
Ukraynada yaşayan soydaşımız yeni vəzifəyə təyin edilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fərhad Quliyev Kiyev Şəhər Hərbi Administrasiyasının rəis müavini vəzifəsinə təyin olunub.
Fərhad Quliyev sosial media hesabında yazıb ki, ona həvalə edilən vəzifə Kiyevin təhlükəsizliyinin təmini baxımından məsuliyyətlidir.
"Mənə həvalə olunan vəzifənin məsuliyyətini, paytaxtın və dövlətin təhlükəsizliyini təmin etmək üçün səmərəli işin vacibliyini başa düşürəm", - deyə o əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:50]
Nazirlik: 91 uşaq himayədar ailələrə verilib
- 03.11.2026 [12:48]
Azərbaycan ilə Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək
- 03.11.2026 [12:46]
Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
- 03.11.2026 [12:27]
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb
- 03.11.2026 [12:25]
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb
- 03.11.2026 [12:04]