Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb
Bakı, 3 noyabr, AZƏRTAC
Nepalda Everest zirvəsi yaxınlığında iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nepal hökumətinin rəsmisi məlumat verib.
Bildirilib ki, dağlıq və çətin relyefə malik ərazidə baş verən qəza nəticəsində xarici ölkə vətəndaşı həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Ölən şəxsin hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:28]
Rusiyanın Yaroslavl vilayətinə dron hücumu nəticəsində iki nəfər yaralanıb
- 03.11.2026 [11:42]