Aqroparkların əcnəbi mütəxəssisləri üçün miqrasiya qaydalarının sadələşdirilməsi təklif olunur
Bakı, 3 noyabr, AZƏRTAC
Miqrasiya Məcəlləsində dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur. Belə ki, aqroparkın rezidentinin hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [12:50]
Nazirlik: 91 uşaq himayədar ailələrə verilib
- 03.11.2026 [12:48]
Azərbaycan ilə Özbəkistan pensiya təminatı sahəsində əməkdaşlıq edəcək
- 03.11.2026 [12:46]
Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
- 03.11.2026 [12:27]