Azərbaycanlı alim beynəlxalq jurnalın rəyçilik sertifikatına layiq görülüb
Bakı, 3 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun baş elmi işçisi kimya üzrə elmlər doktoru, professor Samirə İmaməliyeva “Bərk cismin fizikası və kimyası” beynəlxalq elmi jurnalının elmi rəyçilik fəaliyyətinə görə sertifikatla təltif olunub. Sertifikat jurnalın baş redaktoru Lyubomir Nıkıruy tərəfindən təqdim edilib.
Bu barədə AZƏRTAC-a İnstitutdan bildirilib. Professor Samirə İmaməliyeva “Tl₂HgGeSe₄–GeSe₂ sistemi üzrə faza tarazlığı və Tl₂HgGe₃Se₈ birləşməsinin kristal quruluşu” adlı elmi məqalənin ekspertizasını və rəy qiymətləndirilməsini həyata keçirib. Sertifikatla birlikdə təqdim olunan müşayiət məktubunda professorun elmi rəyin hazırlanmasına sərf etdiyi vaxt, peşəkarlığı və elmi təcrübəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, onun ekspert fəaliyyəti jurnalın nəşr keyfiyyətinin təmin edilməsinə və akademik standartlarının qorunmasına xidmət edir. Məktubda, həmçinin professor Samirə İmaməliyevanın gələcəkdə də jurnalın rəy prosesində iştirakına ümid ifadə olunub. Redaksiya onun elmi maraq və tədqiqat istiqamətlərinə uyğun orijinal məqalələrini nəşr üçün təqdim etməsini məmnuniyyətlə qarşılayacağını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [11:21]
Seneqalın Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 03.11.2026 [11:20]
BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar
- 03.11.2026 [10:51]
ADPU tələbələrinin dayanıqlı inkişaf savadlılığı qiymətləndirilib
- 03.11.2026 [10:40]
Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən yeni vəsait nəşr olunub
- 02.11.2026 [19:04]
Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb
Fransada məhbusların sayı rekord həddə çatıb
- 02.11.2026 [23:30]
Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb
- 02.11.2026 [23:03]
Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb
- 02.11.2026 [22:17]
Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub
- 02.11.2026 [21:29]
Finlandiyada Zəfər Günü qeyd olunub
- 02.11.2026 [21:27]
Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir
- 02.11.2026 [21:17]
Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır
- 02.11.2026 [21:00]
Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq
- 02.11.2026 [20:22]
Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
- 02.11.2026 [20:21]