Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub
Astana, 2 noyabr, AZƏRTAC
Qazaxıstanda Aktau dəniz limanının giriş dəmir yolu xəttində yerləşən keçiddə “MAZ” markalı yük avtomobili teplovozla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinə (KTJ) istinadla xəbər verir ki, hadisə noyabrın 2-də mühafizə olunmayan və tənzimlənməyən dəmir yolu keçidində baş verib.
Yük avtomobilinin sürücüsü təxminən 5 kilometr/saat sürətlə vaqonsuz hərəkət edən teplovoza yol verməyib. Toqquşma nəticəsində lokomotivə ciddi texniki ziyan dəyib.
İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsinə sürücünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Hadisə barədə nəqliyyat polisinə məlumat verilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]