Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər
Budapeşt, 2 noyabr, AZƏRTAC
Macarıstanın ən məşhur istirahət məkanı olan Balaton gölü əsrin sonunadək üç ayrı su hövzəsinə bölünə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Tihanıda keçirilmiş təbiəti mühafizə konfransında çıxış edən hidrotexnik mühəndis Bence Fülöp məlumat verib.
O, 2024-cü ildə hazırlanmış iqlim modelinə istinad edərək bildirib ki, XXI əsrin son illərində gölün su balansı ciddi şəkildə pisləşə bilər. Mütəxəssis qeyd edib ki, bu, qəti proqnoz deyil, ehtimala əsaslanan ssenaridir. Lakin gölün cari ölçülərini qorumaq üçün gələcəkdə əhəmiyyətli və fasiləsiz su əlavə olunması tələb oluna bilər.
Bu yay gölün su səviyyəsində enmə müşahidə olunub. Tihanıdakı “Daxili” adlanan daha bir göldə də su çəkilib, kütləvi balıq tələfatı qeydə alınıb. Fülöp göl ətrafındakı tikintilərin prosesləri sürətləndirə biləcəyini vurğulayıb və təbii ərazilərin qorunmasını vacib sayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [17:46]
İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
- 02.11.2026 [17:44]
Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər
- 02.11.2026 [17:34]
İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib
- 02.11.2026 [17:23]
Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub
- 02.11.2026 [16:39]