İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
Budapeşt, 2 noyabr, AZƏRTAC
Macarıstanda dizel yanacağının qiyməti yenidən artmağa başlayıb. Artıq bəzi yanacaqdoldurma məntəqələrində bir litr dizelin qiyməti 721 forinti (1,98 avro) ötüb.
AZƏRTAC “Daily News Hungary” portalına istinadla xəbər verir ki, ötən həftə dizel yanacağının qiyməti iki dəfə bahalaşıb. Buna əsas səbəb Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda “Brent” markalı xam neftin qiymətinin bir barel üçün 116 dolları ötməsidir.
İqtisadçı Erik Braunun sözlərinə görə, əvvəllər topdan və pərakəndə satış qiymətlərinin azaldılması təsiri yumşaldırdı, lakin indi bu təhlükəsizlik marjası tükənib. Ekspertlər xəbərdarlıq edirlər ki, gərginlik davam edərsə, ilin sonunadək bir litr dizel yanacağının qiyməti daha 100 forint (30 avrosent) arta bilər.
Qonşu ölkələrdə də yanacağın qiyməti yüksəkdir. Belə ki, Avstriyada bir litr dizel təxminən 2,22 avroya, Rumıniyada 2,02 avroya, Sloveniyada 1,95 avroya, Slovakiyada isə 1,94 avroya satılır. Xorvatiya, Rumıniya və Avstriya hakimiyyətləri də vergi güzəştləri və digər vergi tədbirləri vasitəsilə qiymət artımının qarşısını almağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [18:52]
Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır
- 02.11.2026 [17:44]
Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər
- 02.11.2026 [17:34]
İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib
- 02.11.2026 [17:23]
Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub
- 02.11.2026 [16:56]