Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır
Pekin, 2 noyabr, AZƏRTAC
Tokio ABŞ-dən Yaponiya ərazisindəki hərbi qulluqçuları arasında nizam-intizamın ciddi şəkildə təmin olunmasını tələb edib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, buna səbəb amerikalı dəniz piyadasının iştirak etdiyi qətl hadisəsindən sonra tətbiq edilən komendant saatı zamanı Okinava prefekturasında başqa bir ABŞ dəniz piyadasının sərxoş halda avtomobil idarə etməsinə görə həbs olunmasıdır.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara mətbuat konfransında bildirib ki, Tokio Vaşinqtonu çoxsaylı ABŞ hərbi bazalarının yerləşdiyi Okinavada baş vermiş növbəti hadisədən sonra qabaqlayıcı tədbirlər görməyə çağırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [17:46]
İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
- 02.11.2026 [17:44]
Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər
- 02.11.2026 [17:34]