Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Bakı, 2 noyabr, AZƏRTAC
Londonun Luton hava limanından Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə bağlı xəbərdarlıqdan sonra Budapeştə yönləndirilib.
AZƏRTAC BTA-ya istinadla xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romuluş Ruşin-Sendi bildirib. O qeyd edib ki, hadisə ilə əlaqədar ölkənin “Gripen” tipli qırıcı təyyarəsi sərnişin təyyarəsini Budapeştə qədər müşayiət edib.
Aviaşirkətin məlumatına görə, təyyarə Budapeşt Ferens List Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Bundan sonra sərnişinlər və təyyarə səlahiyyətli qurumlar tərəfindən təhlükəsizlik yoxlamasından keçirilib.
“Wizz Air” hadisə ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini, sərnişinlərin və ekipajın təhlükəsizliyinin prioritet olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:52]
Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır
- 02.11.2026 [17:46]
İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
- 02.11.2026 [17:44]