Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər
Astana, 2 noyabr, AZƏRTAC
Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Alibek Kuantırov Dünya Bankının Qazaxıstan üzrə direktoru Andrey Mixnev ilə Xəzər və Aral dənizlərinin ekoloji problemlərini, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib.
AZƏRTAC Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Xəzər suitisinin qorunmasına və Aralətrafı ərazilərdə toz fırtınalarına qarşı mübarizəyə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Aral dənizinin qurumuş dibində 1,1 milyon hektar ərazidə saksaul ağacı əkilib.
Görüşdə qarşıdan gələn COP31 iqlim konfransına hazırlıq məsələləri də müzakirə olunub. Dünya Bankı “Xəzərin dostları: regional təşəbbüslərdən birgə fəaliyyətə doğru” adlı xüsusi sessiyada iştirakını təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]