Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub
Bakı, 2 noyabr, AZƏRTAC
Suriyada leysan yağışları və qəfil daşqınlar nəticəsində beşi uşaq olmaqla səkkiz nəfər həyatını itirib, daha dörd sakin itkin düşmüş hesab olunur.
AZƏRTAC SANA dövlət agentliyinə istinadla xəbər verir ki, ölənlərdən yeddisi suda boğulub, daha bir nəfər isə daşqınla əlaqədar baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Ən çox zərər Raqqa, Deyr əz-Zor və Həsəkə vilayətlərinə, eləcə də Hələb vilayətinin bəzi rayonlarına dəyib. Sel suları yaşayış evlərini basıb, yolları dağıdıb və nəqliyyat əlaqəsini pozub.
Fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raed əs-Salehin məlumatına görə, xilasetmə xidmətləri 550-dən çox əməliyyat həyata keçirib, yardım göstərilməsi ilə bağlı 900-dən artıq müraciət qəbul edib. Sel suları altında qalan avtomobillərdən 60 nəfər xilas edilib, müvəqqəti düşərgələrdə məskunlaşan ailələr də daxil olmaqla yüzlərlə sakin təxliyə olunub.
Təbii fəlakət nəticəsində məktəblərə, xəstəxanalara və infrastruktur obyektlərinə də ziyan dəyib. Axtarış-xilasetmə işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [17:46]
İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
- 02.11.2026 [17:44]
Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər
- 02.11.2026 [17:34]
İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib
- 02.11.2026 [16:56]
Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər
- 02.11.2026 [16:39]