Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində Ağstafa, Qazax və Tovuz rayonları sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 18-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna (yalnız iş günləri və saatlarında) zəng etmək, nazirliyin rəsmi saytının müvafiq bölməsi vasitəsilə elektron müraciət göndərmək və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.
Qeyd olunub ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [14:25]
BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub
- 02.11.2026 [13:02]
Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib
- 02.11.2026 [12:47]
Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq
- 02.11.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı
- 02.11.2026 [11:57]