Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 3-ü paytaxtdakı Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçiriləcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [13:02]
Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib
- 02.11.2026 [12:43]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı
- 02.11.2026 [11:57]
Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova
- 02.11.2026 [11:46]
ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb
- 02.11.2026 [11:27]
Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı
- 02.11.2026 [11:17]