Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV
Bakı, 2 noyabr, AZƏRTAC
Debitor borclarının 88 faizi əhali istehlakçılarının payına düşür. Əsas çətinlik ondadır ki, digər kommunal xidmətlərdən fərqli olaraq istilikdə fərdi tənzimləmə imkanı yoxdur: ödəniş etməyən istehlakçının istilik təchizatını qanunla müəyyən edilmiş qaydada dayandırmaq texniki cəhətdən mümkün olmur.
Bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, bu ilin 9 ayında istehlakçılara 26,5 milyon manatlıq xidmət göstərilib.
“Bunun 95,8 faizi istilik təchizatının, 2,1 faizi isti su təchizatının, 2,1 faizi isə xidmət müqavilələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə xidmətin həcmi 24,4 faiz (5,2 milyon manat) artıb. Artım əsasən istilik təchizatı hesabına olub, isti su xidmətləri isə 101,2 min manat azalıb. Göstərilən xidmətlərin haqqı 94,2 faiz (24,9 milyon manat) ödənilib: əhali üzrə 92,3 faiz, büdcə təşkilatları üzrə 96,7 faiz, təsərrüfat obyektləri üzrə 104,1 faiz, Şuşa şəhəri üzrə 95,1 faiz. Ən çətin vəziyyət məcburi köçkün şəhərciklərindədir: burada 1,4 milyon manatlıq xidmət göstərilib, ödəniş isə cəmi 49,9 faiz (705,6 min manat) olub”, - deyə İlham Mirzəliyev əlaəv edib.
Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz.