Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub
Bakı, 2 noyabr, AZƏRTAC
2011-ci il noyabrın 2-də portuqaliyalı ulduz Kriştianu Ronaldu “Real Madrid”in heyətində 100-cü qolunu vurub.
AZƏRTAC xəbər verir ki, bu əlamətdar hadisə UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Lion” komandası ilə qarşılaşmada qeydə alınıb. Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Kriştianu Ronaldu vurub. O, yubiley qolunu “Real Madrid”də keçirdiyi 105-ci oyunda vuraraq yüksəkməhsuldarlıq nümayiş etdirib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2009–2018-ci illərdə “Real Madrid”in formasını geyinib. Portuqaliyalı hücumçu Madrid klubunda keçirdiyi 438 rəsmi oyunda 451 qol vuraraq komandanın tarixinin ən məhsuldar futbolçusu olub. O, “Real Madrid”lə 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə Klublararası Dünya Çempionatının və UEFA Superkubokunun, 2 dəfə İspaniya çempionatının, İspaniya Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.
Ronaldu, həmçinin Madrid klubunda çıxış etdiyi dövrdə dörd dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, 9 mövsümlük çıxışı ərzində UEFA Çempionlar Liqasında 105, İspaniya çempionatında isə 312 qola imza atıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [13:37]
“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
- 02.11.2026 [12:39]
ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır
- 02.11.2026 [12:14]
“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik
- 02.11.2026 [11:41]
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- 02.11.2026 [11:20]
Kimi Antonelli “Formula 1”də rekorda imza atıb
- 02.11.2026 [11:18]
Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq
- 02.11.2026 [11:05]
Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir
- 02.11.2026 [10:36]