Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Bakı, 2 noyabr, AZƏRTAC

Ənənəvi olaraq Avropanın əsas siyasi və iqtisadi mərkəzlərindən biri hesab edilən Fransa hazırda ciddi daxili qeyri-sabitlik dövrünü yaşayır. Siyasi parçalanma, büdcə problemləri, dövlət borcunun artması, sosial narazılıq və hakimiyyət institutlarına etimadın azalması ölkədəki vəziyyətə getdikcə daha ciddi təsir göstərir.

Baş verən proseslərin mərkəzində 2017-ci ildə Fransanın prezidenti seçilən Emmanuel Makron dayanır. O, hakimiyyətə ölkəni modernləşdirmək, iqtisadiyyatı gücləndirmək və Fransanın Avropadakı aparıcı mövqeyini bərpa etmək vədləri ilə gəlmişdi. Lakin prezidentliyinin ötən illəri göstərdi ki, həyata keçirilən siyasətin nəticələri getdikcə daha çox suallar doğurur. Əsas problem ayrı-ayrı qərarlardan daha çox, illər ərzində toplanaraq bugünkü böhranı dərinləşdirən siyasi və iqtisadi yanlışlıqların məcmusundan ibarətdir.

Fransanın belə ağır vəziyyətə düşməsinin səbəblərini anlamaq üçün bir neçə əsas istiqamətə – iqtisadiyyata, dövlət maliyyəsinə, sosial siyasətə və siyasi hakimiyyət sisteminə nəzər salmaq lazımdır.

Fransa iqtisadiyyatının ən narahatedici göstəricilərindən biri dövlət borcunun sürətlə artmasıdır. Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (INSEE) məlumatlarına əsasən, 2025-ci ilin sonuna dövlət borcu 3,46 trilyon avroya çatıb. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 115,6 faizini təşkil edib. Büdcə kəsiri isə 152,5 milyard avroya, yaxud ÜDM-in 5,1 faizinə bərabər olub. Təkcə 2025-ci il ərzində dövlət borcu daha 154,4 milyard avro artıb.

Bu rəqəmlər Fransanın dövlət xərclərini maliyyələşdirmək üçün hələ də böyük həcmdə borclanmağa məcbur olduğunu göstərir. Eyni zamanda, borca xidmət xərclərinin artması dövlət büdcəsinə əlavə yük yaradır.

Avropa Komissiyasının proqnozlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ildə 118,1 faizə çatacaq, 2027-ci ildə isə 120 faizi ötəcək. Mövcud siyasət davam edərsə, 2027-ci ildə büdcə kəsirinin ÜDM-in 5,7 faizinə yüksələcəyi gözlənilir. Belə olan halda Fransa rəhbərliyinə ünvanlanan əsas sual ortaya çıxır: Makronun prezidentliyi dövründə büdcə kəsirinin davamlı şəkildə azaldılmasına niyə nail olunmayıb?

Təbii ki, Fransanın maliyyə problemlərinin səbəblərini yalnız prezidentin siyasətindəki yanlışlıqlarla izah etmək düzgün olmazdı. Pandemiya, enerji böhranı, faiz dərəcələrinin yüksəlməsi, əhalinin yaşlanması və yüksək sosial xərclər də mövcud vəziyyətə ciddi təsir göstərib. Bununla belə, son illərdə qəbul edilən büdcə qərarlarına görə siyasi məsuliyyət birbaşa Makron hökumətinin üzərinə düşür. Hökumətin iqtisadiyyatın şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki siyasətinin nəticələri də müzakirə mövzusu olaraq qalır.

Makronun mühüm siyasi qərarlarından biri 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu. Avropa Parlamentinə seçkilərdə prezidentin siyasi düşərgəsinin məğlubiyyətindən sonra Makron parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etdi. O, bu addımla yeni parlament çoxluğu əldə etməyi və öz siyasətinin siyasi dayaqlarını möhkəmləndirməyi hədəfləyirdi. Lakin nəticə gözlənilənin əksinə oldu. Seçkilərdən sonra Fransa parlamentində üç əsas siyasi düşərgə formalaşdı: sol qüvvələr, prezidentin mərkəzçi siyasi bloku və sağçı, o cümlədən millətçi qüvvələr. Onların heç biri mütləq çoxluq əldə edə bilmədi.

Beləliklə, Makron sabit parlament çoxluğuna malik olmayan, qanunvericilik təşəbbüslərini həyata keçirmək üçün müxtəlif siyasi qüvvələrlə situativ razılaşmalar axtarmağa məcbur qalan prezidentə çevrildi. Növbədənkənar seçkilər Fransada sonrakı institusional qeyri-sabitliyin əsas amillərindən birinə çevrildi. Cəmiyyət onsuz da siyasi baxımdan parçalanmışdı. Seçkilər isə mövcud ziddiyyətləri aradan qaldırmaq əvəzinə, dövlət idarəçiliyini daha da çətinləşdirdi.

Fransada geniş ictimai narazılığa səbəb olan digər mühüm məsələ 2023-cü ildə həyata keçirilən pensiya islahatıdır. Makron hökuməti qanunla müəyyən edilmiş pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat həyata keçirdi. Dəyişikliklərin mərhələli şəkildə tətbiqi planlaşdırılırdı. Hökumət bu addımı əhalinin yaşlanması fonunda pensiya sisteminin maliyyə dayanıqlığını qorumaq zərurəti ilə əsaslandırırdı.

Lakin islahat ciddi siyasi mübahisələrə səbəb oldu. Hökumət Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək qanun layihəsini Milli Assambleyada ayrıca səsverməyə çıxarmadan qəbul etdi. Bu mexanizm hökumətə qarşı etimadsızlıq votumu uğursuz olduğu halda qanun layihəsinin qəbul edilməsinə imkan verir.

Nəticədə ölkə üzrə kütləvi etirazlar və tətillər başladı. Bu proses Makronun idarəçilik üslubu ətrafında müzakirələri daha da gücləndirdi. Qərarın hüquqi baxımdan qanuni olması hələ onun cəmiyyət tərəfindən qəbul edilməsi demək deyil. Pensiya islahatının iqtisadi əsasları olsa da, hökumət onun ətrafında kifayət qədər ictimai konsensus formalaşdıra bilmədi. Beləliklə, pensiya məsələsi daha geniş siyasi sistemə qarşı narazılığın rəmzinə çevrildi.

Fransa cəmiyyəti yalnız büdcə çətinlikləri ilə deyil, həm də bir sıra dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin pisləşməsi ilə üzləşir.

“El Paris” qəzeti məktəb binalarının yararsız vəziyyəti, müəllim çatışmazlığı və tədris şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar Fransada şagirdlərin etirazları barədə məlumat yayıb. Nəşrin materialında iqtisadi məhdudiyyətlərin sosial ehtiyacların maliyyələşdirilməsini çətinləşdirdiyi də vurğulanıb.

Eyni zamanda, oktyabrın əvvəlindən ölkədə avtomobillərin yandırılması, mağazaların qarət edilməsi və polislə toqquşmalarla müşayiət olunan kütləvi iğtişaşların baş verməsi ictimai sabitliyə mənfi təsir göstərir. Vətəndaşlar gündəlik həyatlarında müsbət dəyişikliklər hiss etmədikdə dövlətə və onun institutlarına inam zəifləyir.

Fransa iqtisadiyyatının problemi yalnız dövlət borcunun həcmi ilə məhdudlaşmır. İqtisadi artım tempinin zəif olması da vəziyyəti çətinləşdirən əsas amillərdəndir. Avropa Komissiyasının proqnozuna görə, 2027-ci ildə Fransada ÜDM-in artımının 1,1 faiz, inflyasiyanın isə 2,5 faiz təşkil edəcəyi gözlənilir. İşsizliyin 8,7 faizə yüksələcəyi, büdcə kəsirinin isə ÜDM-in 5,7 faizinə çatacağı proqnozlaşdırılır.

İqtisadi artımın zəif olduğu şəraitdə dövlətin bir neçə istiqamətdə eyni vaxtda irəliləyiş əldə etməsi çətinləşir. Bir tərəfdən səhiyyə və təhsil sistemini maliyyələşdirmək, pensiya sistemini qorumaq, sənayeni və investisiyaları stimullaşdırmaq, əhalinin alıcılıq qabiliyyətini saxlamaq tələb olunur. Digər tərəfdən isə büdcə kəsirini azaltmaq zərurəti yaranır.

Beləliklə, Fransa mürəkkəb iqtisadi-siyasi dilemması ilə üzləşir. Büdcə kəsirini azaltmaq üçün dövlət xərclərinin məhdudlaşdırılması tələb olunur. Lakin həddindən artıq qənaət tədbirləri iqtisadi fəallığı zəiflədə və sosial narazılığı gücləndirə bilər. Bu isə ölkənin qarşısında duran əsas problemlərdən birinə çevrilib.

Bəs Makronun əsas siyasi səhvləri nədən ibarətdir? Mövcud vəziyyəti ümumiləşdirdikdə Makronun siyasətində bir neçə mühüm strateji yanlışlığı qeyd etmək olar.

Birincisi, prezident hakimiyyətinin həddindən artıq mərkəzləşdirilməsinə üstünlük verilməsi. Makronun idarəçilik modeli güclü prezident institutuna əsaslanırdı. Lakin prezident parlament çoxluğunu itirdikdə və sabit siyasi koalisiya formalaşdıra bilmədikdə bu modelin zəif tərəfləri üzə çıxdı.

İkincisi, 2024-cü ildə parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi. Siyasi sabitliyi bərpa etmək məqsədi daşıyan bu qərar əks nəticə verdi, parlamentdə parçalanmanı dərinləşdirdi və dövlət qərarlarının qəbulunu çətinləşdirdi.

Üçüncüsü, mühüm islahatlar həyata keçirilərkən ictimai rəyin kifayət qədər nəzərə alınmaması. Pensiya islahatı bunun ən bariz nümunəsidir.

Dördüncüsü, dövlət maliyyəsinin sağlamlaşdırılması məsələsinin həll edilməməsi. Dövlət borcu artmaqda davam edir, onun xidmət xərcləri yüksəlir. Büdcə kəsirinin azaldılması ilə Fransanın sosial modelinin qorunması arasında tarazlığın necə təmin olunacağı isə hələ də açıq qalır.

Cəmiyyətin müəyyən təbəqələrində belə bir fikir formalaşıb ki, mərkəzi hakimiyyətin qərarları insanların gündəlik problemlərini kifayət qədər nəzərə almır. Bu vəziyyət həm sol, həm də sağ müxalifət qüvvələrinin mövqelərini gücləndirir.

Beləliklə, Makronun siyasi ambisiyaları, idarəçilikdə yol verdiyi yanlışlıqlar və uğursuz siyasi hesablamaları Fransanı dərin siyasi və iqtisadi problemlərlə üz-üzə qoyub.

Bütün bu proseslər fonunda 2027-ci ildə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir. “Reuters” agentliyinin məlumatına görə, Fransada prezident seçkilərinin 2027-ci il aprelin 18-dən mayın 2-dək keçirilməsi nəzərdə tutulur. Seçki kampaniyası büdcə məhdudiyyətlərinin, iqtisadi çətinliklərin və artan ictimai narazılığın hökm sürdüyü şəraitdə aparılacaq. Bu mübarizə təkcə siyasi qüvvələrin rəqabəti deyil, həm də Fransanın gələcək idarəçilik modelinin müəyyənləşdirilməsi baxımından mühüm sınaq olacaq.

Fransa bu gün sadəcə növbəti siyasi qarşıdurma dövrünü yaşamır. Ölkə dövlət borcu, zəif iqtisadi artım, sosial narazılıq və institusional problemlərin bir-biri ilə kəsişdiyi mürəkkəb böhranla üzləşib.

Makron hakimiyyətə Fransanı yeniləmək, iqtisadiyyatını modernləşdirmək və Avropadakı liderliyini möhkəmləndirmək vədi ilə gəlmişdi. Lakin onun prezidentliyi dövründə həlli çətin və çox vaxt qeyri-populyar qərarlar tələb edən bir sıra problemlər həllini tapmamış qalır.

Xüsusilə, Fransa prezidentinin siyasi ambisiyaları ilə ölkənin maliyyə imkanları arasındakı ziddiyyət diqqəti çəkir. Paris Avropa siyasətində aparıcı rol oynamağa, Avropanın strateji muxtariyyətini gücləndirməyə, müdafiə sənayesini inkişaf etdirməyə və Avropa İttifaqının beynəlxalq təsirini artırmağa çalışır. Lakin bu məqsədlərə çatmaq üçün ilk növbədə iqtisadi dayanıqlıq və daxili siyasi sabitlik təmin edilməlidir.

Fransada yaşanan böhranın əsas dərslərindən biri budur ki, siyasi etimad olmadan iqtisadi islahatları səmərəli həyata keçirmək mümkün deyil. Makronun prezidentliyi dövründə üzə çıxan əsas problemlərdən biri də məhz bu etimadın zəifləməsidir.

İndi Fransa qarşısında prinsipial bir sual dayanır: Ölkə sosial modelini, maliyyə dayanıqlığını və beynəlxalq nüfuzunu eyni vaxtda qoruyub saxlaya biləcəkmi? Bu suala veriləcək cavab yalnız Fransanın gələcək inkişafını deyil, bütövlükdə Avropada siyasi və iqtisadi qüvvələr balansını da müəyyənləşdirəcək.

Müəllif - Rabil Kətanov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn genis təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – MÜSAHİBƏ

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır - ŞƏRH

“Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

ABŞ İsraildəki bazalara 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər