Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi

Zəngilan, 2 noyabr, AZƏRTAC

Müharibənin ağır sınaqları, doğma yurdun itirilməsi, illərlə davam edən məcburi köçkünlük həyatı... Bəxtiyar Əhmədov və həyat yoldaşı Nəzakət Cəfərquliyeva bütün bu çətinlikləri birlikdə yaşayıblar. Zəngilanın işğalı zamanı doğma evlərini tərk etmək məcburiyyətində qalan ailə uzun illər Bakıda yaşasa da, yurda qayıdış ümidini heç vaxt itirməyib. Övladlarını ata-baba torpaqlarına sevgi ilə böyüdən valideynlər 44 günlük Vətən müharibəsi zamanı oğullarının könüllü olaraq döyüşlərə yollanmasının da qürurunu yaşayıblar.

Torpaqlarımızın azad olunması ilə illərin həsrəti sona çatıb, ailə yenidən doğma Zəngilana qovuşub. Bu gün Əhmədovlar ailəsi vaxtilə ayrılıq və həsrətlə xatırladıqları doğma yurdda yeni, xoşbəxt həyat yaşayır.

AZƏRTAC-ın bölgə müxbiri Əhmədovlar ailəsinin qonağı olub.

Bəxtiyar Əhmədov 1968-ci ildə Rəzdərə kəndində anadan olub, orta məktəbi həmin kənddə bitirib. Texniki peşə təhsilindən və hərbi xidmətdən sonra daxili işlər orqanlarında xidmət edib.

“1992-ci ildə kənddə vəziyyət necə idi, ilk hücumları necə xatırlayırsınız?” – deyə soruşuram.

- Vəziyyət qarışanda ermənilər kəndi aramsız artilleriya atəşinə tuturdular. Rəzdərə döyüş xəttinə çox yaxın idi. Elə həmin il də evimizi yandırdılar.

- Eviniz yandıqdan sonra hara sığındınız?

- Zəngilan şəhərinə köçdük. Mənə orada ev verdilər, bir müddət şəhərdə yaşamağa başladıq. Lakin təxminən bir il sonra Zəngilan rayonunun özü də işğal olundu. Məcbur qalıb Bakıya köçdük və orada məskunlaşdıq. O vaxt cəmi üç nəfərdən ibarət kiçik ailə idik. İndi isə, şükür Allaha, ailəmiz böyüyüb, nəvələrimiz də var.

Bəxtiyar kişi keçmişin ağrılarını dilə gətirərkən bu gün qürurla yaşadığını da vurğulayır, mən isə susub onu dinləyirəm:

- Bu günləri görmək bizə qismət oldu. Nə qədər ağır günlər yaşasaq da, Allaha şükür edirik. Allah Prezidentimizin canını sağ eləsin. O, bir möcüzə yaratdı. Başımızı hər millətin yanında uca etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Atalarımız, analarımız illərlə doğma torpağa, ev-eşiklərinə qayıtmağı arzuladılar, amma çoxu bu günü görmədi. Əvvəlki evlərimizin yerində yalnız divar qalıqlarıdır. Demək olar ki, heç nə qalmayıb. O qədər dağıntı var ki, bəzən hansı evin kimə məxsus olduğunu belə müəyyənləşdirmək olmur. Bunları görmək insana çox ağır gəlir. İndi isə qayıtmışıq, yaşayırıq. Şükür Allaha, şəraitimiz çox gözəldir. Ən böyük sevincimiz odur ki, artıq doğma yurdumuzdayıq. Vaxtilə burada yaşadığımız günlərə qayıtmağı ümid ilə gözləyirdik. Bəzən ümidimiz qırılırdı: "Görəsən, nə vaxt qayıdacağıq?" - deyə öz-özümüzə düşünürdük. Əsas odur ki, səbir etdik, gözlədik və bu günlərə çatdıq.

Zəngilana köçdükləri ilk aylardan söz açan ailə başçısı bildirir ki, cari ilin may ayında doğma şəhərə qayıdıblar və artıq altı aydır burada yaşayırlar.

“Bəs, Zəngilanın azad olunması xəbərini necə qarşıladınız?”, - deyə soruşduqda Bəxtiyar kişi o günləri sevinclə yada salır:

- Ətraf kəndlərin azad olunması xəbərlərini eşitdikcə həyəcanımız artırdı. Bir-birimizdən soruşurduq: "Görəsən, Rəzdərə nə vaxt azad olunacaq? Kolluqışlaq nə vaxt azad ediləcək?" Kəndimiz bir qədər aralıda yerləşdiyi üçün xəbəri səbirsizliklə gözləyirdik. Yadımdadır, qızımla birlikdə oturmuşduq. Prezident bildirdi ki, Zəngilan şəhəri və ətraf kəndlər işğaldan azad olunub. Həmin an göz yaşlarımı saxlaya bilmədim. Qızım yaxınlaşıb boynumu qucaqladı. “Ata, ağlama, gözümüz aydın olsun, torpaqlarımız qayıtdı!” - dedi.

Bəxtiyar Əhmədovun həyat yoldaşı Nəzakət xanım isə bildirir ki, artıq ağrı-acılı günlər geridə qalıb. O, 1972-ci ildə Kolluqışlaq kəndində anadan olduğunu, 1991-ci ildə ailə həyatı quraraq Rəzdərə kəndinə gəlin köçdüyünü deyir. Həmin vaxt artıq bölgədə müharibə şəraitinin hökm sürdüyünü, ara-sıra atışmaların baş verdiyini və həyat yoldaşının da xidmətdə olaraq döyüşlərdə iştirak etdiyini xatırladır. Bildirir ki, 1992-ci ildən qarşıdurmalar daha da şiddətlənib və günlərin birində həyat yoldaşı yenicə işdən qayıdarkən kənd qəfil "Qrad" qurğularından və tanklardan güclü atəşə tutulub. Həyat yoldaşının vəziyyətin ciddiləşdiyini deməsi ilə birinci mərminin partlayış səsi eşidilib, ardınca atılan ikinci mərmi isə onların evinə düşüb. Həmin an böyük təşviş və qorxu yaşasa da, həyat yoldaşı onu sakitləşdirməyə və həyəcanını yatırmağa çalışıb. Çox keçmədən evdə güclü yanğın başlayıb və onlar ağır döyüşlərin içindən çətinliklə çıxaraq bir gecə dərədə sığındıqdan sonra Zəngilan şəhərinə təxliyə ediliblər.

Nəzakət xanım 1993-cü ilin faciəli anlarını, Araz çayından necə keçmələrini belə dilə gətirir:

- Şəhərdə cəmi bir il yaşaya bildik. 1993-cü ildə ermənilər artıq şəhərə yaxınlaşmışdılar. Yoldaşım yenə xidmətdə idi, mən isə altıaylıq körpəmlə tək qalmışdım, çölə çıxa bilmirdim. Qaynanam və yaxınlarımız gəlib bizi evdən güclə çıxardılar. Araz çayına çatanda dəhşətli mənzərə vardı. İnsanlar fəryad qopara-qopara çayı keçməyə çalışırdılar. Suya girəndə boyum balaca olduğu üçün dərinlikdə çətinlik çəkdim, boğulmağa başladım. Sahildən kimsə qışqırdı: - “Uşağı burax, at suya, özünü xilas elə!” Körpəmi sinəmə daha bərk sıxıb var gücümlə dedim: - “Yox! Necə olur-olsun, ya balamla birlikdə öləcəyik, ya da birlikdə xilas olacağıq!” Suda huşumu itirdim. Gözlərimi açanda özümü sahildə gördüm. Balamı soruşdum, şükür Allaha, o da sağ idi, xilas ola bilmişdik.

Ailənin sonrakı taleyindən danışan Nəzakət xanım bildirir ki, əvvəlcə İmişliyə, daha sonra isə Bakıya üz tutublar. Döyüşlərdə olan həyat yoldaşının sağ qalıb-qalmadığını bilmədən 15 gün böyük nigaranlıq keçirdiklərini, nəhayət, onun sağ-salamat qayıdışı ilə ən böyük sevinclərini yaşadıqlarını xatırlayır.

Məcburi köçkünlük dövrünün olduqca ağır keçdiyini qeyd edən Nəzakət xanım əvvəlcə vaqonda, ardınca isə doğma yurda qayıdana qədər köhnə kitabxana binasında yaşamaq məcburiyyətində qaldıqlarını diqqətə çatdırır. Vurğulayır ki, övladları Zəngilanı görməsələr belə, hər zaman doğma yurdun sevgisi və xatirələri ilə böyüyüblər. Nəhayət, 44 günlük Vətən müharibəsi başladıqda oğulları məhz ata-baba torpaqlarını azad etmək amalı ilə könüllü şəkildə cəbhəyə yollanıb.

Yurda qayıdışın sevinci isə bütün çətinlikləri arxada qoyub:

- Biz Zəngilandan çıxanda yoldaşım, körpə uşağım və qaynanamla dörd nəfər idik. İndi isə oğlumuz, gəlinimiz və nəvəmizlə böyük ailə olaraq qayıtmışıq. Qızım isə Ağdam gəlinidir, inşallah, o da tezliklə Qarabağa köçəcək. May ayında qayıtdıq. İlk dəfə Zəngilan Şəhəri Gününü doğma şəhərimizdə qarşıladıq. Hətta bacım da ailəsi ilə bu sevinci bizimlə bölüşməyə gəlmişdi.

İndi növbəti tarix gözlənilir: Zəfər Gününə bir həftəyə yaxın qalıb. Ondan sonra Yeni il, Novruz, Qurban bayramları gəlir.

– Ən çox Yeni ili gözləyirəm, – deyir Nəzakət xanım və pəncərəyə tərəf baxır. – Qışda Zəngilana həmişə gözəl qar yağardı. Ətraf ağ örpəyə bürünərdi.

– Bu il də yağacaq?

– Yağacaq, – deyə gülümsəyir. – İllər sonra ilk qarı doğma elimizdə görəcəyik.

Bəxtiyar bəy qapının ağzında dayanıb küçəyə baxır. Vaxtilə yalnız xatirələrdə qalan küçə indi onun gözünün qarşısındadır. O, bu günləri illərdir gözləyirdi…

Qapıdan çıxarkən Nəzakət xanım arxadan səslənir:

– Yenə gəlin. Növbəti dəfə qarlı havada sizi gözləyəcəyik…

Müxbir - Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb

Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib

İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir

Şərq memarlığının incisi – Şəki Xan Sarayı

Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

“İrəvan qazılığının tarixi” kitabı təqdim olunub

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan qazılığı” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttinin dəyişdirilməsi planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL