Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib
Moskva, 2 noyabr, AZƏRTAC
Moskvada Azərbaycan muğamı və xalqımızın milli mədəniyyətinə həsr olunmuş musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, Moskvadakı “Caspian” restoranında keçirilən gecə “Dostluq-Drujba” muxtar qeyri-kommersiya qurumu və MC teatr təşkilatı tərəfindən təşkil olunub.
Musiqi proqramında musiqiçi, müəllim və tarzən Elman Həsənlinin rəhbərlik etdiyi “Buta Trio” ansamblı, eləcə də istedadlı tələbələr iştirak ediblər.
Gecədə “Bayatı-Şiraz” muğamı, Azərbaycan xalq mahnıları və milli bəstəkarların əsərləri səsləndirilib.
Qonaqlara Azərbaycanın muğam ənənələri təqdim edilib.
Tədbirin əsas məqsədi Moskva tamaşaçılarını Azərbaycan musiqi mədəniyyətinin zənginliyi ilə tanış etmək, gənc istedadları dəstəkləmək və incəsənət vasitəsilə mədəni əlaqələri gücləndirmək olub.