Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək
Moskva, 3 noyabr, AZƏRTAC
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff tərəfindən əvvəllər açıqlanan görüş tarixlərini təsdiqləyib.
“Həqiqətən də Rusiya nümayəndə heyəti 10-11 noyabr tarixlərində Əbu-Dabiyə gələcək və üçtərəfli danışıqlarda iştirak edəcək”, - deyə Kremlin sözçüsü bildirib.
O əlavə edib ki, Vladimir Medinski Rusiya tərəfindən baş müzakirəçi olaraq qalır.
Bir müddət əvvəl Stiv Uitkoff qarşıdan gələn danışıqların müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya, humanitar təşəbbüslər və münaqişənin həlli üçün əlavə addımlar mövzusuna yönələcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [14:51]
Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib
- 03.11.2026 [14:40]
UNCTAD: Neft şoku inkişaf etməkdə olan ölkələrə daha ağır zərbə vurub
- 03.11.2026 [14:09]