Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
Bakı, 3 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 3-də keçirilən hərracda 67 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda start qiyməti 10 min manat olan “Hyundai ix-35” markalı avtomobil 15 min 300 manata, ilkin qiyməti 5 min manat olan “Ford Transit” markalı mikroavtobus isə 9200 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, cari ay ərzində nəqliyyat vasitələri üzrə növbəti hərraclar noyabrın 11, 17 və 24-də keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:13]
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
- 03.11.2026 [18:09]
® Kino biletləri də “ABB mobile” tətbiqində
- 03.11.2026 [17:46]
® “Expressbank” Bərdədə 300 ağac əkib
- 03.11.2026 [17:39]