Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş müraciətlərinin yerində dinlənilməsi, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslər çərçivəsində növbəti səyyar görüşü Hacıqabul rayonunda keçirib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı vətəndaşlar əsasən kredit istəyi, kredit üzrə güzəşt istəyi, sığorta xidmətləri və digər maliyyə xidmətləri ilə bağlı məsələləri diqqətə çatdırıblar.
Vətəndaşlar tərəfindən səsləndirilən məsələlərə dair müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə baxılması üçün qeydə alınıb.
Qeyd edək ki, vətəndaşlar Mərkəzi Bankın səyyar görüşlərlə və xidmətləri ilə bağlı müraciətlərini www.contact.e-cbar.az saytı və ya "966" Çağrı Mərkəzi vasitəsilə ünvanlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.11.2026 [18:40]
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 03.11.2026 [18:13]
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
- 03.11.2026 [18:09]
® Kino biletləri də “ABB mobile” tətbiqində
- 03.11.2026 [17:46]
® “Expressbank” Bərdədə 300 ağac əkib
- 03.11.2026 [17:42]
Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb
- 03.11.2026 [17:39]